AZ

“Əllərin sehri” adlı yaradıcılılıq müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində açıldı - FOTO

Heykəltaraşlıq sahəsində  fəaliyyəti olan gəncliyin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin, əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərmək məqsədi ilə yeniyetmə   və gənclər arasında elan olunmuş  "Əllərin sehri" adlı yaradıcılılıq müsabiqəsinin yekun sərgisi  Xətai Sənət Mərkəzində  açıldi.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qədirli açdı. Söz alan Azərbaycan Rəssamlar İttifaqının sədr müavini ,Xalq Rəssamı , professor Ağəli İbrahimov, Xalq Rəssamı, professor , heykəltaraş    Xanlar Əhmədov, Xalçacı Rəssam Tahir Məcid , Xətai Sənət Mərkəzinin direktoru  Zahid Əvəzov  öz ürək sözlərini sərgi iştirakçıları ilə bölüşdülər.
Sərgi fəal tədris mərkəzlərinə təşəkkürnamə və əsəri sərgilənən iştirakçılara  sertifikatlar təqdim olunmasıilə davam etdi.

Nəzərinizə  çatdıraq ki,  müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ,Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalareyası və Xətai  Sənət Mərkəzinin təşkilatçılığı ilə  "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində  elan olunmuşdur.Mövzusu sərbəst olan  müsabiqəsinə  ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər üşaq yeniyetmə və gənc,həmçinin, bir neçə yuxarı yaş qrupunun nümayəndəsi müxtəlif materiallardan hazırlanmış heykəltaraşlıq nümunəsi təqdim etmişlər  və bu  əsərlər  arasından  seçilmiş 140 müəllifin 160 yaxın əsəri sərgiləndi.

Tədbirin heykəltaraşlığa marağın artmasına xidmət edəcəynə inanırıq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
 

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
milli.az

1Mənbələr