Heykəltaraşlıq sahəsində fəaliyyəti olan gəncliyin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin, əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərmək məqsədi ilə yeniyetmə və gənclər arasında elan olunmuş "Əllərin sehri" adlı yaradıcılılıq müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində açıldi.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qədirli açdı. Söz alan Azərbaycan Rəssamlar İttifaqının sədr müavini ,Xalq Rəssamı , professor Ağəli İbrahimov, Xalq Rəssamı, professor , heykəltaraş Xanlar Əhmədov, Xalçacı Rəssam Tahir Məcid , Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini sərgi iştirakçıları ilə bölüşdülər.
Sərgi fəal tədris mərkəzlərinə təşəkkürnamə və əsəri sərgilənən iştirakçılara sertifikatlar təqdim olunmasıilə davam etdi.
Nəzərinizə çatdıraq ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ,Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində elan olunmuşdur.Mövzusu sərbəst olan müsabiqəsinə ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər üşaq yeniyetmə və gənc,həmçinin, bir neçə yuxarı yaş qrupunun nümayəndəsi müxtəlif materiallardan hazırlanmış heykəltaraşlıq nümunəsi təqdim etmişlər və bu əsərlər arasından seçilmiş 140 müəllifin 160 yaxın əsəri sərgiləndi.
Tədbirin heykəltaraşlığa marağın artmasına xidmət edəcəynə inanırıq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az