AZ

 Joze Mourinyo qələbədən danışdı: "Oyunçularım çox cəsurdur"

''Oyunçularım çox cəsurdur".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasında səfərdə "Slaviya Praqa"nı 2:1 hesabı ilə məğlub edən "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı baş məşqçisi bildiirb ki, bu oyundan azı bir xal qazanmaq hədəfləri olub: “Bu gün heç olmasa bir xal qazanmalı olduğumuzu bilirdik. Futbolçularım bunu bilə-bilə meydana çıxdılar. Onlar bu matça yaxşı istəəkli başladı. İlk hissədə rəqibimizə 2-3 mövqe verdik. İkinci hissədə komanda fərqli idi, daha balanslı və özünə inamlı idi. Çətin matç oldu, ancaq qalib gəldik. Komandam bu gün əla çıxış etdi. Onlar çox cəsaurdur".

Baş məşqçi daha sonra polşalı jurnalistlərə xitabən deyib: "Polşalı olduğunuz üçün Sebastian Şmanski haqqında eşitmək istəyirsiniz. O, komanda kimi yaxşı oynadı və böyük səy göstərdi. Əslində, zədəyə görə onun oyuna çıxması şübhə altında idi. Dünən bir az məşq etdi. Bu vəziyyətdə çoxlu futbolçularımız var idi. O da bu oyunda digərlıəri kimi, hər şeyi verdi. Çox intizamlı oyun nümayiş etdirdi. Komandam bu gün çətin anlarda tarazlığı qorumağı bacardı. Çətin anlar deyəndə, ilk yarıdan danışıram. İlk hissədə "Slaviya" üstün tərəf idi. İkinci hissədə bəzi düzəlişlər etdim və oyunçularım həm topla oynamaq, həm də mövqelər yaratmaq üçün boşluqlar tapdılar. Düşünürəm ki, ikinci hissədəki çıxışımızla bu vacib qələbəyə layiq idik. İndi xalımız 8-dir və evdə iki oyun keçirəcəyik. Bir sözlə, öz taleyimizi vətənimizdə müəyyən etmək imkanımız olacaq".

Fərid Aslan
MİA.AZ

Seçilən
38
1
mia.az

2Mənbələr