AZ

CHP lideri barədə istintaq başladıldı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl haqqında istintaq başladılıb.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun İstanbul Respublika Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlər olub.

 

Bildirilir ki, Özəlin partiyasının qrup toplantısında və Mərmərə Cəzaçəkmə Müəssisələri Kampusu qarşısında mətbuata açıqlamasında Akın Gürlek haqqında işlətdiyi ifadələrə görə İstanbul Respublika Baş Prokurorluğu hərəkətə keçib.

 

Prokurorluq Özəli "dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək" və "terrorla mübarizədə iştirak etmiş insanları hədəfə almaq"da ittiham edib.

Seçilən
6
3
modern.az

4Mənbələr