AZ

Gürcüstanın baş naziri Aİ səfirini dezinformasiya yaymaqda ittiham edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) bu ölkədəki səfiri Pavel Gerçinskini hakim “Gürcü Arzusu” partiyasına qarşı əks-təbliğatda və guya ölkənin Avrointeqrasiya prosesini qəsdən dayandırmaqla bağlı dezinformasiya yaymaqda ittiham edib.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə o, keçirdiyi brifinq zamanı danışıb.

"Təəssüf ki, ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına Avropa İttifaqının nümayəndəsi Pavel Gerçinski də qoşulub. P. Gerçinski seçkilərə qədər deyirdi ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiya məsələsi dayandırılıb, indi isə deyir ki, bu prosesi guya Gürcüstan hökuməti öz təşəbbüsü ilə dayandırıb”.

Qeyd edək ki, bir qədər əvvəl İ. Kobaxidze Gürcüstanın Avropa İttifaqına üzvlüyü məsələsinin 2028-ci ilədək gündəlikdən çıxarıldığını bildirib. O həmçinin Aİ-ni bu məsələdən ölkəsinə qarşı şantaj aləti kimi istifadə etməkdə günahlandırıb.

P. Gerçinski bu bəyanatı rəsmi Tbilisinin Avrointeqrasiya mövqeyindən geri çəkilməsi kimi qiymətləndirib.

Seçilən
127
50
apa.az

10Mənbələr