AZ

Orban: Ukraynada Avropa və ABŞ-dan muzdluların ölümü münaqişənin təhlükəli gərginləşməsidir

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynada amerikalı və avropalı hərbçilərin ölməsi faktları eskalasiya təhlükəsindən xəbər verir.

HİT.az xəbər verir ki, siyasətçi bu barədə "Radio Kossuth"un efirində danışıb.

"Biz çox təhlükəli vəziyyətdəyik, çünki indi amerikalılar və ya hərbi statusu olan Qərbi avropalılar Ukraynada ölə bilər. Bu, artıq baş verib və bu, müharibənin genişlənməsi və yayılması təhlükəsini yaxşı göstərir", deyə Orban bildirib.

Noyabrın 21-də TASS agentliyi təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər verib ki, yerli ordu sıralarına qoşulmaq üçün Ukraynaya gedən muzdluların sayı xeyli azalıb. Qeyd olunub ki, Qərb ölkələrindən döyüşçülərin sayının azalması xidmət şəraitinin onlara həddən artıq sərt görünməsi ilə bağlıdır.

SHOT "Telegram" kanalının məlumatına görə, noyabrın əvvəlindən Ukrayna Silahlı Qüvvələri təkcə Kursk vilayətində 210 əcnəbi muzdlu əsgərini itirib. Ölən döyüşçülər arasında Polşa, Estoniya, ABŞ, Almaniya və Böyük Britaniya vətəndaşları da var. Jurnalistlərin sözlərinə görə, onlar indi qazandan qalan əcnəbiləri çıxarmağa çalışırlar.

Samir
 

Seçilən
25
1
hit.az

2Mənbələr