AZ

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda qəbul edildi

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda müəyyən edilir.

Fins.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Seçilən
21
16
fins.az

10Mənbələr