AZ

Rus nazir rublun çökməsində “günahkar” tapıb..?

Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikova görə, Rusiya rublunun 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə enməsi "birdəfəlik, o cümlədən spekulyativ xarakterli amillərin" nəticəsidir.

...Onun sözlərinə görə, bazarda “əsəbilik” aradan qalxdıqda rubl “fundamental dəyərlərə” qayıdacaq.

...Əsas etibarilə ticarət balansı güclüdür: son iki ayda onun göstəriciləri yayda olduğundan daha yüksəkdir. Oktyabrda ticarət balansı ötən illə müqayisədə 8 faiz və ya 11,8 milyard dollar, yaxşı ixrac göstəricilərinə görə, 10 ay ərzində isə ötən illə müqayisədə 14 faizyüksək olub.

Reşetnikov bunu statistikaya istinadən bildirib.

...O əlavə edib ki, rubla sanksiyalar təsir edib, lakin hökumət və Mərkəzi Bank onların nəticələrini neytrallaşdırmaq üçün “sıx koordinasiyada” işləyir.

...Son illərdə bu cür məhdudlaşdırıcı tədbirlər dəfələrlə tətbiq edilib və hər dəfə də iqtisadiyyatımız onlara uyğunlaşaraq inkişaf etməkdə davam edib. İndi də belə olacaq.

Bunu Reşetnikov əminliklə deyib.

Noyabrın əvvəlindən rubl yuan və dollara nisbətdə təxminən 10 faiz, həmçinin 7,5 faiz dəyər itirib ki, bu da “Reuters”-in məlumatına görə, son iki ildə Rusiya valyutası üçün ən pis aylıq nəticə olub.

...Noyabrın 27-dəForex-də dolların məzənnəsi 114 rubldan, avro 120 rubldan yuxarı qalxıb, Moskva birjasında yuan isə 15,2 rubla çatıb. Cavab olaraq, Mərkəzi Bank bazardakı ehtiyatlardan yuan satışını iki dəfə artırmağa qərar verdi - gündə 8,4 milyard rubl, bu da rublun "temperaturunu bir qədər aşağı saldı".

Cümə günü Moskva vaxtı ilə saat 14.05-də Forex-də dollar 107,75 rubla, avro 113,75 rubla, yuan isə birja ticarətində 14,77 rubla satılır.

Çərşənbə günü Dumanın maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov rublun çökməsini Amerikanın yeni sanksiyaları ilə izah edib ki, bu da dövlətə məxsus "Qazprombank"a təsir edib və nəticədə valyuta qıtlığı yaranıb. ...50 kredit təşkilatı sanksiya siyahısına daxil edilib. Müvafiq olaraq, hazırda həmin bankların hesabları vasitəsilə xarici valyutanın dövriyyəsi praktiki olaraq həyata keçirilmir. Amma valyuta ölkəyə daxil olmazsa, bu o deməkdir ki, o, azdır və bahalaşır.

Buna da Aksakov bildirib.

Əli Babayev

Seçilən
35
sia.az

1Mənbələr