AZ

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Texnopark AS” MMC (VÖEN -1306544151) olub.

Yeniavaz.com xəbər verir ki, ASC “Texnopark AS” MMC-dən istixana kompleksi üçün tələb olunan mal-material və avadanlıqlar alacaq və qarşılığımda 144 min 444 manat 44 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 1000 manat olan “Texnopark AS” MMC -nin qanuni təmsilçisi Gülməmmədov Ayxan Şakir oğludur.

Məlumat üçün bildirək ki, “Texnopark AS” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olur.

Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderi – 144 444,44 AZN;M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin tenderi – 3 888,88 AZN;Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderi – 333 333,13 AZN;Mingəçevir Şəhər İşıqlandırma İdarəsinin tenderi – 233 333,33 AZN;Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin tenderi – 155 555,55 AZN;Bakı Şəhər İcra Hakimiyyətinin tenderi – 79 999,99 AZN;“Layihələrə İctimai Nəzarət” MMC-nin tenderi – 34 444,44 AZN;Qazax Kommunal Müəssisələr Kombinatının tenderi – 75 555,55 AZN;Naxçıvan Yaşıllaşdırma Xidmətinin tenderi – 37 777,77 AZN.

Onu da bildirək ki, dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində “zerkalnı” məbləğlər udan yeganə şirkət “Texnopark AS” MMC deyil. Daha əvvəl “Smart Supplıer” MMC (VÖEN - 1804790291) adlı şirkət də tender müsabiqələrində “zerkalnı” məbləğlər udub.

“Smart Supplıer” MMC-nin qalib olduğu tender müsabiqələrinin bəziləri aşağldakı kimi olub:

Lerik rayon Mərkəzi Xəstəxanasının tenderi – 33 333,33 AZN;Metrologiya İnstitutunun tenderi – 58 888,88 AZN;Bank Aktivlərinin İdarə edilməsi Agentliyinin tenderi – 14 141,14 AZN;Aqrar Kredit və İnkişaf Agentliyinin tenderi – 26 299,96 AZN;Şabran rayon Mərkəzi Xəstəxanasının tenderi – 31 888,88 AZN;Göygöl rayon Mərkəzi Xəstəxanasının tenderi – 33 333,33 AZN.

Seçilən
8
12
milliyol.az

10Mənbələr