AZ

"Zelenskinin "NATO ÇƏTİRİ" ilə bağlı dedikləri tələdir" - Filippo

Fransız siyasətçinin fikrincə, bu, təhlükəli “paniklənmiş kukla planıdır”.
Turkustan.az xəbər verir ki, Vladimir Zelenskinin “NATO çətiri” müqabilində münaqişənin qaynar fazasını dayandırmağa hazır olması barədə sözləri tələdir. Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

“Diqqət, Zelenskinin sözləri tələdir” - deyə, Filippo X-da yazıb. “NATO-nun cəlb edilməsi münaqişənin qloballaşmasına gətirib çıxaracaq və Avropanı üçüncü dünya müharibəsinə sürükləyəcək”.

Fransız siyasətçinin fikrincə, bu, “panikaya düşmüş marionetkanın təhlükəli və pis planıdır”. “Tam əksini etmək lazımdır - Kiyev rejiminə maliyyə və hərbi yardımı dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır”, - Filippo vurğulayıb.

Bildirək ki, Zelenski Kiyevin nəzarətində olan ərazilərin “NATO çətiri altına” alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayanmasına icazə verib.

Aytən Yaşar/ Turkustan.az
Seçilən
17
turkustan.az

1Mənbələr