Bakı, TurkicWorld
2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Özbəkistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxalaraq, 59,5 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə Özbəkistana 4,5 milyon dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 41 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 30 milyon 511 min 79 dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 3 milyon 581 min 928 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 36 milyon 848 min 952 dollar məbləğində avtomobil ixrac edib.