AZ

Soydaşımız Qırğızıstanda Kant şəhər şurasına deputat seçilib (FOTO)

Bakı. Trend:

Qırğız Respublikasında yaşayan Azərbaycan diasporununnümayəndəsi Səlim Kərimov «Birlik» Qırğızıstan Azərbaycanlılarıİctimai Birliyinin dəstəyi ilə Kant Şəhər Şurasının deputatıseçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə üzrəazərbaycanlıların ən çox yaşadığı şəhər olan Kantda türk dünyasınıngörkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyanküçə mövcuddur.

Bildirilir ki, 2016-cı ildə Kant şəhəri ilə Quba rayonu arasındaqardaşlaşma memorandumu imzalanıb.

Kant şəhər şurasının deputatı seçilən Səlim Kərimov göstəriləndəstəyə görə Birliyin rəhbərliyinə minnətdarlığını bildirib,ölkənin və xalqın rifahı naminə, həmçinin Azərbaycan diasporununfəaliyyətində, Azərbaycan mədəniyyətinin təbliğində yaxındaniştirak edəcəyini deyib.

Qeyd edək ki, Səlim Kərimov ictimai xadim olmaqla yanaşı,sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

Soydaşımız
Soydaşımız
Seçilən
23
14
az.trend.az

10Mənbələr