"Bir futbolçunu qazandırmaq hesabdan daha vacibdi" - Azər Bağırov
Misli premyer-liqasının 15-ci turunda "Kəpəz" səfərdə "Şamaxı"nı məğlub etdi - 1:0.
"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Fürsətdən istifadə edərək, əvvəlcə "Turan Tovuz"un əməkdaşı İman Həsənova şəfa diləyirəm. Oyuna gəlincə, maraqlı oyun alındı. Penaltini yerinə yetirə bilmədik. "Şamaxı"nın döyüşkən komanda olduğunu bilirdik. Ayxan müəllim yaxşı komanda formalaşdırıb. Həm də sarı vərəqə limitini doldurmuşduq. Səfər oyunu olmasına baxmayaraq, uşaqlar rəqibdən çəkinmədilər. Uşaqlara demişdim ki, "Şamaxı" necə oynayacaqsa biz də elə oynayaq. Futbolçularım döyüşdülər və qələbə qazandıq.
- Sonuncu pillədən qurtulduz. Bu qələbənin psixoloji cəhətdən komandaya faydası olacaq?
- Artıq 7-ci oyundu ki, komanda mübarizə aparır, yaxşı oynayır. Təkcə "Səbail"lə qarşılaşmanı çıxsaq. Motivasiya baxımından heç bir problemimiz yoxdu. Sadəcə konsentrasiya itməməlidi. Oyun paltardəyişmə otağında bitir. Ən önəmli olan şey odu ki, son saniyəyə kimi vuruşmalısan. Qələbə əziyyətlə gəlir.
- Orxan Əliyevin ehtiyatda qalmasının səbəbi nə idi?
- Taktiki dəyişiklik idi. Karim Lkoça rəqibi daha çox üzərinə çəkirdi və cinahlarımız üçün yol açılırdı.
- Komandanız ikinci hissədə daha yaxşı oynadı. Fasilədə nəyi dəyişdiz?
- Birinci hissədə böyük problem görünmürdü. İkinci yarıda döyüşkənliyi artırmaq istədik. Rəqib döyüşürsə, sən ağlllı oynamaqla nəsə edə bilməzsən, sən də döyüşməlisən. Uşaqlar ikinci hissəni daha yaxı keçirdilər.
- Paço penaltini vura bilmədi. Bəzən belə olanda növbəti oyunlarda penaltı başqa oyunçuya tapşırılır. Sizin baxışınız necədi? Penaltini vura bilməyən futbolçuya növbəti oyunda da penalti verirsiz?
- Heç bir problem yoxdu. Bu gün vurmayıbsa, sabah vurar. Bu gün məğlub da ola bilərdik, heç-heçə də edə. Bəlkə də penaltini vursaydı o qolu vurmayacaqdı. Bir futbolçunu qazanmaq hesabdan daha vacibdi. Futbolçular məşqlərdə penaltilərin üzərində işləyir. Əsas penalti vuranlarımız Luis Paçu ilə Orxan Əliyevdi. Gələcəkdə də kim daha çox özünə inanırsa, ona şans verəcəm.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta