AZ

Qarabağ Universitetində yeni korpuslar açılacaq

 

Qarabağ Universitetində yeni korpuslar açılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, yaxın günlərdə tədris – tibbi tədqiqat mərkəzinin binasının təmiri istiqamətində işlərə başlanılacaq.

“Artıq iki yeni korpusun tikintisində ilkin işlər görülüb. Bu yaxınlarda da iqtisadiyyat – biznes məktəbi və sosial elmlər fakültəsinin binaları hazır olacaq”,- deyə nazir qeyd edib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.

Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub.

KONKRET.az

Seçilən
20
4
konkret.az

5Mənbələr