AZ

Tbilisidə mitinq iştirakçıları parlamentin binasının pəncərələrini sındırdılar

Tbilisidə hakimiyyət əleyhinə keçirilən mitinqin iştirakçıları ölkə parlamentinin binasının pəncərələrini sındırıblar.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) bəyanatında deyilir.

Bildirilir ki, mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəziləri zorakılıq hərəkətləri etməyə başlayıblar. Eyni zamanda, bəzi mitinq iştirakçıları pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalardan istifadə ediblər. Aksiya iştirakçıları qanunvericilik binasının bəndlərini zədələyib, həmçinin daş və digər əşyalardan istifadə etməklə parlamentin fasadındakı on pəncərəni sındırıblar. Bu da vəziyyəti daha da çətinləşdirir və gərginliyi artırır.

Seçilən
10
32
publika.az

10Mənbələr