AZ

Tramp Kanadanın baş naziri ilə qeyri-qanuni miqrasiya problemini müzakirə edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trüdo şənbə günü narkotik və miqrant problemləri, ticarət və Arktika da daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

D.Tramp vurğulayıb ki, onun administrasiyası “amerikalılar narkomaniya epidemiyasından əziyyət çəkdiyi bir vaxtda boş oturmayacaq". Eyni zamanda, onun sözlərinə görə, Trüdo bu problemi həll etmək üçün Vaşinqtonla əməkdaşlıq edəcəyinə söz verib.

Liderlər həmçinin ticarət, enerji və Arktika məsələlərini müzakirə ediblər.

Seçilən
37
7
ikisahil.az

7Mənbələr