AZ

Gəncədə 27 yaşlı qadın bıçaqlanıb - YENİLƏNİB

Gəncədə bacısını bıçaqlayan şəxsin adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin qardaşı, 2002-ci il təvəllüdlü Emin Verdiyevin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

***

saat 08.38

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazində qeydə alınıb.

Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə G. Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
42
13
apa.az

10Mənbələr