AZ

Estoniya Slovakiyaya da müqavimət göstərdi - İCMAL

Komandalardan heç birinin nəticədən asılı olmayaraq, qrupda yerini dəyişməyəcəyi məlum idi.

Məhz bu məqam oyunun axarına təsir göstərdi, daha dəqiqi, intensivliyin aşağı olmasını şərtləndirdi. Amma Tupta fərqli düşünürdü və oyunun əvvəlində iki dəfə Heyni ustalığını göstərməyə məcbur etdi. Millətlər Liqası çərçivəsində əvvəlki 11 səfər oyunun 7-də qol vurmadıqlarını nəzərə alsaq, estonların susqunluğu təəccüb doğurmadı. Qrup mərhələsi çərçivəsində əvvəlki 5 oyunda 9 qol vuran meydan sahibləri də hücuma bir o qədər həvəs göstərmirdi. Beneşlə Suslovun da fəallığı nəticə verməyincə komandalar fasiləyə qolsuz yollandı.

Slovakiya yığması fasilədən sonra da dominantlığı davam etdirdi. Sürətlə cərimə meydançasına daxil olan Suslov istədiyi kimi zərbə vura bilmədi. Qəbələdə də inamlı oyun göstərən Heyn saatın tamamında Beneşin dirəkdən dönən zərbəsini Hantsko təkrar zərbə ilə qapıya göndərərkən də etibarlı təsir bağışladı.

Meydan sahiblərinin ardı-arası kəsilməyən hücum cəhdləri, nəhayət, 72-ci dəqiqədə bəhrə verdi. Şeynin səhvindən sonra topu ələ keçirən Strelets uzaq yuxarı küncə dəqiq zərbə vurdu. Maraqlıdı ki, qonaqlar oyunboyu rəqibin “çərçivə”sinə bir zərbə də vura bilmədi. Qəbələdə belə oyun onlara xal qazandırmışdısa, Trnavada bu, mümkün olmadı.

C liqası, 1-ci qrup
İsveç - Azərbaycan 6:0 (3:0)
Slovakiya – Estoniya 1:0 (0:0)

Slovakiya: Qreyf, Hantsko, Obert, Vavro, Dyomber, Beneş (Riqo, 88), Lobotka (Hroşovski, 60), Bero, Suslov (Şrants, 77), Bojenik (Strelets, 46), Tupta (Sauer, 60).
Estoniya: Heyn, Şyonninq-Larsen, Mets, Saliste (Peetson, 71), Paskoçi, Palumets (Y.Tamm, 87), Poom (Şeyn, 60), Sinyavski (Kuraksin, 71), Kristal (Vetkal, 70), Yakovlev, A.Tamm.
Qol: Strelets, 72.
Vərəqələr: Saliste, 61. Sauer, 90+4. Mets, 90+5 – sarı.
Hakim: Mikkel Redder (Danimarka).
19 noyabr. Trnava. 4317 tamaşaçı.

1. İsveç 6 5 1 0 19-4 16
2. Slovakiya 6 4 1 1 10-5 13
3. Estoniya 6 1 1 4 3-9 4
4. Azərbaycan 6 0 0 6 3-17 1

Seçilən
44
football-plus.az

1Mənbələr