AZ

Salah Avropada ən çox maaş alan futbolçu ola bilər

style='margin-bottom:10px;'>

“Liverpul”un futbolçusu Məhəmməd Salah PSJ-yə keçə bilər.

QOL.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi 32 yaşlı hücumçunun transferi ilə şəxsən özü maraqlanır.

Paytaxt klubu misirli futbolçuya ildə 40 milyon avro maaş verməyə hazırdır. Bu keçid baş tutsa, Salah Avropada ən çox maaş alan oyunçusu olacaq.

Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 12 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Mersisayd təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Seçilən
95
12
teleqraf.com

10Mənbələr