AZ

"ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqətidir" - Kobaxidze

ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqəti haldır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib

Baş nazirin sözlərinə görə, hazırkı administrasiya yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır.

“Görürsünüz ki, hazırkı administrasiya yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır. Onlar bunu Ukrayna ilə əlaqəli etdilər, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq. Bu, Salome Zurabişvili kimi müvəqqəti hadisədir”, - Baş nazir bildirib.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” sosial şəbəkəsində bildirib ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırmağı qərara alıb. Sonradan ABŞ Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat yayıb.

Seçilən
28
5
azpolitika.info

8Mənbələr