AZ

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

SİA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, iki ölkənin dövlət rəsmiləri arasında danışıq zamanı Ukrayna və Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Telefon görüşməsində əsasən Suriyadakı son vəziyyət müzakirə edilib.

Nazir Fidan, ölkəsinin bölgədə qeyri-sabitliyi artıracaq hər cür hadisəyə qarşı olduğunu, bu çərçivədə Suriyadakı gərginliyin azaldılmasını dəstəklədiyini bildirib.

Suriyadakı sülh və əmin-amanlığın bərqərar olması üçün hakimiyyətlə müxalifət arasındakı siyasi prosesin nəticələnməsinin vacibliyini qeyd edən Fidan, mülki şəxslərə qarşı hər hansı terror fəaliyyətinə heç vaxt imkan verməyəcəklərini vurğulayıb.

Nazir həmçinin, Livan və İsrail arasında qüvvəyə minən atəşkəs rejiminin davamlılığının, Qəzza zolağında atəşkəsin dərhal bərpa olunmasının və humanitar yardımların bölgəyə çatdırılmasının zəruriliyini vurğulayıb.

Seçilən
55
50
sia.az

10Mənbələr