AZ

Gürcüstandan SON GÖRÜNTÜLƏR - VİDEO

Gürcüstan parlamentinin binasının qarşısına su şırnaqları və polis qüvvələri səfərbər edilib.

Musavat.com “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bu gün xüsusi təyinatlılar parlament binasını mühafizə etməyə başlayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları etirazçılara parlamentin ön girişinə yaxınlaşmağa imkan vermir. Onlar etirazçıların son günlər təhlükəsizlik kameralarını və pəncərələri sındırdıqları ön girişə yaxınlaşmasına mane olub. Qorxuya düşən müxalifət tərəfdarları isə xüsusi təyinatlıların ən kiçik bir hərəkətindən dərhal qaçırlar.

Son məlumatlara görə, hazırda parlament binası yaxınlığındakı Azadlıq meydanında su şırnaqları hazırdır.

Musavat.com

Seçilən
23
38
musavat.com

10Mənbələr