AZ

"Zelenski çeviklik göstərərək Trampla uğurlu diplomatik oyun sərgiləyir" -  "Politico"

"Rusiya ilə istənilən sövdələşmə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini özündə ehtiva etməlidir..."
 
Kiyev anlayır ki, Trampla münaqişədən yan keçmək üçün dəyişilməlidir, ona görə də Zelenski diplomatik qərarların axtarışının vacibliyini vurğulayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Donald Trampla münasibətlərində diplomatik manevrlərinin məqsədi istənilən uğursuz sülh təşəbbüsünün iflasa uğrayacağının günahının Vladimir Putinin üzərinə qoyulacağına əmin olmasıdır.
 
Məqalədə deyilir ki, Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi postuna Kit Kelloqun irəli sürülməsi müəyyən məqamadək "Kiyevi sakitləşdirir". Güc vasitəsilə sülh tərəfdarı olan Kelloq açıq şəkildə iddia edib ki, müharibənin dayandırılması üzrə istənilən sövdələşmə Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərini özündə ehtiva etməlidir.
 
"Kelloq Zelenski və ətrafının işləyə biləcəyi adamdır, Ukrayna lideri artıq Vaşinqtonda dəyişən siyasətə və Avropada dəyişən siyasi dinamikaya çevik şəkildə uyğunlaşmaqdadır, bu zaman danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu nümayiş etdirir. Elə amerikalı müşavirlər də buna çağırış edərək Putinə mister "Net" imkanı yaradaraq, Trampın qəzəbi ilə üzləşməklə risk edir, nəşr yazıb.
 
Qeyd edilir ki, bunu Zelenski "Sky News" nəşrinə müsahibəsində nümayiş etdirib, o, Rusiyanın Donbas və Krım üzərində faktiki nəzarəti saxlayacağını, bu zaman Ukraynanın NATO-ya qəbul olunacağını güman edib.
 
Zelenskinin bu ideyasının gerçəkləşəcəyi məsələsi qalır, çünki Trampın Ukraynanın NATO üzvlüyünə dəstək verəcəyi ehtimalı Baydenin buna razı olacağı ehtimalından daha azdır. Putin həmçinin anladıb ki, Ukraynanın Alyansa daxil olacağına heç vaxt razı olmayacaq.
 
Lakin nəşr yazır ki, Zelenskinin bu bəyanatının məqsədləri başqadır. "Görsənir ki, bu bəyanat, böyük ehtimalla, müxtəlif variantları nəzərdən keçirməyə hazır olmağın nümayiş etdirilməsidir, bu zaman Ukrayna lideri anladıb ki, Trampla "tet-a-tet" işləmək istəyir, məqalədə deyilir.
 
Ukrayna XİN sabiq rəhbəri Dmitri Kulebanın qeyd etdiyi kimi, Kiyev anlayır ki, Trampla xoşagəlməz vəziyyətə düşməmək üçün dəyişilməli olacaq, ona görə də Zelenski diplomatik qərarların axtarışının vacibliyini vurğulayır. Zelenskinin Trampla münasibətlərdə  vəzifəsi istənilən sülh təşəbbüsünün iflasa uğrayacağının günahını Putinin üzərinə qoyulması üçün lazım olanları etməkdir.
 
Zelenskinin "Sky News" nəşrinə müsahibəsi
 
Xəbər verildiyi kimi, bu ərəfədə Zelenski Britaniya telekanalına müsahibəsində əmin olduğunu bildirib ki, Ukraynada tammiqyaslı müharibə 2025-ci ildə bitəcək. Lakin bu, yalnız Avropa və ABŞ-ın Ukrayna ilə birgə hərəkət edəcəyi halda mümkün ola bilər.
 
Bu zaman Zelenski bəyan edib ki, hətta işğal edilmiş əraziləri geri qaytarmadan, Ukraynanın dərhal NATO-ya qəbul ediləcəyi təqdirdə Rusiya ilə sülh sazişini imzalamağa hazırdır. Onun fikrincə, işğal edilmiş əraziləri diplomatik yolla da geri qaytarmaq mümkündür.
Seçilən
31
50
moderator.az

10Mənbələr