AZ

İRAN XİN BAŞÇISI SURİYADA: "ABŞ bölgəni xaosa sürükləyir" - Əsəd isə... (FOTOLAR)

Suriyada Əsəd rejiminə qarşı müxalif qrupların sürətlu hücumla Hələb, Tel-Rıfat, xeyli qəsəbə və kəndləri ələ keçirməsindən sonra Suriya prezidenti Bəşər Əsədin Rusiyanın paytaxtı Moskvaya qaçdığı iddia olunsa da, fakt təsdiqlənməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu gün paytaxt Dəməşqə gələn İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşüb.

O, görüşdə İranın Suriya xalqı və ordusuna dəstəyini yeniləyib: "İran terrorla mübarizədə, regional təhlükəsizlik və sabitliyin qorunmasında Suriya xalqı və ordusuna hərtərəfli dəstək verir, verəcək. Suriyada baş verənlər ABŞ-ın bölgəni xaosa sürükləmək planının bir hissəsidir. Ancaq keçmişdə olduğu kimi, yenə də qalib gələn tərəf Suriya olacaq. Suriya ordusuna və dövlətinə dəstək İranın strateji siyasətidir. Dediyim kimi, bu, davam edəcək. Çünki bu strateji yanaşma regionda daimi sabitlik və təhlükəsizlik deməkdir".

Bəşər Əsəd İrana verdiyi dəstəyə görə təşəkkür edib: "Sizin bu həssas və vacib bir məqamda Suriyaya səfəriniz son dərəcə mühüm əhəmiyyət kəsb edir...".

Firudin Səfərli
MİA.AZ

Seçilən
189
40
mia.az

10Mənbələr