AZ

Bakının əsas küçələrinin birində sürücülər və piyadalar təhlükə ilə üzləşiblər

Yol qazılıb, su boruları dəyişdirilib, amma asfaltlamaq yaddan çıxıb…

Ekologiya.az xəbər verir ki, söhbət paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən gedir.

Sakinlər deyirlər ki, mərkəzi küçədə təhlükəli vəziyyət bir aydan çoxdur ki, davam edir. Rayon sukanal idarəsinin əməkdaşları su borularını dəyişdikdən sonra üzərini asfaltlamadığı üçün bütün hərəkət iştirakçılarının gediş-gəlişi çətinləşib.

Sakinlər bildirirlər ki, yağışlı havada yolda təhlükə daha da artır. Sürücülər həmin nahamar yola daxil olmamaq üçün əks tərəfdən gələn nəqliyyatın yoluna çıxır ki, bu da qəza riskini daha da artırır. Bundan başqa, piyadalar da palçığa girməsinlər deyə məcbur qalıb asfaltla hərəkət edirlər.

Sakinlər aidiyyəti qurumdan ərazini tez bir zamanda asfaltlamasını tələb edirlər. Sözügedən yol rayon İcra Hakimiyyətinin balansında olduğu üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət əsnasında qurumdan bildirilib ki, bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət olunub. Xidmətdən isə cavab verilib ki, yaranmış problem yaxın vaxtlarda aradan qaldırılacaq.

Ətraflı süjetdə:

https://youtu.be/B4uyhVPyViE

Seçilən
5
1
ekologiya.az

2Mənbələr