AZ

İran xarici işlər naziri Ankaradadır - Fidanla görüşəcək

Suriyadakı təmaslarını başa vuran İranın xarici işlər naziri Abbas Arakçi Türkiyə rəsmiləri ilə görüşmək üçün Ankaraya gedib.

Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, Arakçi Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşündə ikitərəfli əlaqələri və regional hadisələri müzakirə edəcək.

Abbas İrakçi Ankarada mətbuata açıqlamasında Suriya səfərini müsbət qiymətləndirib.

Dəməşqdə Suriya və bölgədəki mövcud hadisələrlə bağlı fikir mübadiləsi apardıqlarını bildirən nazir, “Bu görüşdə mən cənab Bəşər Əsədə İran İslam Respublikasının Suriya hökumətinə, ordusuna və xalqına hərtərəfli dəstəyini açıq şəkildə bəyan etdim. Keçmişdə İŞİD və digər müxtəlif qrupların Suriyanı vətəndaş müharibəsinə sürüklədiyi daha çətin dövrlər olub, lakin onlara müqavimət göstərilib.
İndi onlar yenidən fürsət əldə edib, İsrailin Livan və Fələstini işğal etməsinin yaratdığı şərait nəticəsində istədiklərini edə biləcəklərini düşünürlər.

Təbii ki, bu, səhv hesablamadır və Suriya hökuməti və ordusu onlarla mübarizə aparmağa qadirdir, əlbəttə ki, müqavimət qrupları da kömək edəcək və İran İslam Respublikası bütün lazımi dəstəyi verəcək”, - deyə Araqçi bildirib.
 

Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla hərtərəfli görüşlər keçirəcəyini bildirən Arakçi, “Türkiyə ilə hər zaman müxtəlif mövzularda məsləhətləşmələr aparmışıq. Bir çox yerdə razıyıq, bəzi yerlərdə isə razı deyilik. Bir-birimizlə danışmağımız da təbiidir. Ümid edirəm ki, biz regional məsələlərdə ümumi anlaşma əldə edə bilərik”.

Seçilən
14
29
modern.az

10Mənbələr