AZ

AZAL-dan “Cyber Monday” kampaniyası ilə endirimlərə davam

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərini xüsusi təkliflərlə sevindirməyə davam edir. Aviaşirkət biletlərə endirim təklif edən “Cyber Monday” kampaniyasına start verir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, 2 dekabr tarixində sərnişinlər AZAL-ın bütün daimi beynəlxalq istiqamətləri üzrə aviabiletləri 30% endirimlə əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün aviaşirkətin saytında və ya mobil tətbiqində bilet alışı zamanı “CM2024” promokodunu xüsusi xanaya daxil etmək yetərlidir.

Təklif 2025-ci il yanvar ayının 11-dən aprelin 30-na kimi həyata keçirilən reyslərə şamildir. Qeyd edək ki, kampaniya müntəzəm beynəlxalq uçuşların bütün sinifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq olunmur. Təklif yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.

“Cyber Monday” kampaniyası çərçivəsində endirimli aviabiletləri AZAL-ın rəsmi www.azal.az aytından və ya aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app

Seçilən
37
27
ikisahil.az

10Mənbələr