AZ

"Livanda bir qrup Hizbullah üzvunu öldürdük" - İsrail Ordusu

İsrail ordusu gecə saatlarında Livanın cənubunda kilsə yaxınlığında təşkil edilən hücumda bir qrup Hizbullah üzvünü öldürdüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada, paraşütçülərin Livanın cənubunda bir kilsə yaxınlığında bir qrup Hizbullah üzvünü təsbit etdiyi iddia edilib.

Açıqlamaya görə, İsrail ordusunun paraşütçüləri atəş açaraq, Hizbullah üzvləri olduğu müəyyən edilən silahlı qrupu məhv ediblər.

İsrail ordusu razılaşmanın 5-ci günündə Livanla atəşkəsi ən azı 11 dəfə daha pozub. AA xəbərinə görə; Noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasının imzalandığı ilk gündən başlayan pozuntular ilk üç gündə 38 dəfə təkrarlanıb. İsrail ordusu ötən gün 24 qanun pozuntusuna yol verib.

Bildirək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərşənbə günü, noyabrın 27-də yerli vaxtla saat 04:00-da qüvvəyə minib.

Razılaşmanın ikinci maddəsində, “İsrail Livandakı mülki, hərbi və ya dövlət hədəflərinə qurudan, dənizdən və ya havadan heç bir hərbi hücum həyata keçirməyəcək" bəyanatı daxil edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
47
turkustan.az

10Mənbələr