AZ

Baltikyanı ölkələr Gürcüstanda etirazları yatıranlara qarşı sanksiyalar tətbiq edəcək

Gürcüstanda hakimiyyətin Aİ-yə üzvlüklə bağlı danışıqları təxirə salmaq qərarına etirazlar davam edir. Bunun fonunda Litva, Latviya və Estoniya etirazçıların dağıdılmasını təşkil edənlərə qarşı sanksiyalar tətbiq etməyə razılaşıblar.

Bunu Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis bildirib.

“Üç Baltikyanı ölkə Gürcüstanda qanuni etirazları yatıranlara qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəliblər”, o yazıb.

Litva Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Baltikyanı ölkələrdə demokratiyanın əleyhdarları və insan haqlarını pozanlar xoş qarşılanmır. Söhbət Litva, Latviya və Estoniyadan gedir.

Oxuməni.az

Seçilən
9
oxumeni.az

1Mənbələr