Tbilisidə etiraz aksiyaları zamanı müxalifətin “Girchi - More Freedom” partiyasının sədri Zurab Caparidze saxlanılıb...
Poliqon xəbər verir ki, bu barədə yerli “Ambebi” portalı məlumat yayıb. “Rustavi 2” və “1tv.ge” televiziya şirkətləri qeyd ediblər ki, müxalifətçinin saxlanılması ilə bağlı sosial şəbəkələrdə də məlumatlar yayılır. Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.
KİV-in məlumatına görə, Caparidze paytaxtın Çavçavadze prospektindəki Vake rayonunda saxlanılıb, burada parlament binası yaxınlığında gecə etirazından sonra etirazçılar polis tərəfindən qovulub. Zurab Caparidzenin saxlanmasından əvvəl polislə etirazçılar arasında qarşıdurma olub. Hazırda Çavçavadze prospektində yalnız patrul polisi və bir neçə mitinq iştirakçısı qalıb.
Gürcüstanda yeni etiraz dalğası noyabrın 28-də “Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin başlanmasını ən azı 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra başlayıb. Dörd gün ərzində davam edən mitinqlərdə, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 224 etirazçı saxlanılıb. Cinayət işi üzrə daha iki nəfərin istintaqı davam etdirilir. Ən azı 44 nəfərin, o cümlədən 27 etirazçı, 16 polis və 1 jurnalistin xəstəxanaya yerləşdirildiyi məlumdur.
Poliqon.info