AZ

İranda qanlı gün: Yaralılar xəstəxanaya aparılarkən güllələndilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranda təcili tibbi yardım maşını atəşə tutulub, hadisə nəticəsində ölənlər və yaralananlar var.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Fövqəladə Hallar Təşkilatının nümayəndəsi Babək Yektaparast xəbər verib.
O qeyd edib ki, İranşəhrdə tibb işçilərinə hücum nəticəsində təcili yardım texniki, iki yaralı və xəstəni müşayiət edən şəxs daxil olmaqla dörd nəfər həlak olub, sürücü isə ağır yaralanıb.
FHN nümayəndəsi hadisəyə səbəb kimi Deleqan şəhərində qəbilələrarası münaqişəni göstərib. Onun sözlərinə görə, həmin hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar şəhər xəstəxanasına aparılarkən təcili tibbi yardım maşınını təqib edən avtomobil onun kabinəsini atəşə tutub.
Yektaparast bu hücumu qeyri-insani akt adlandırıb, bu cür hərəkətlərin tibb işçilərinin təhlükəsizliyinə və cəmiyyətin sağlamlığına təhdid yaratdığını əlavə edib.
Seçilən
92
50
oxu.az

10Mənbələr