AZ

"Söz verirəm" - Gürcüstanın Baş naziri Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət binasında keçirdiyi mətbuat konfransında ölkədə baş verən prosesləri dəyərləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını dayandırmaq qərarına qarşı davam edən nümayişlərdə şiddətli insidentlərin olduğunu vurğulayan Kobaxidze deyib: “Tbilisidəki nümayişlər dinc xarakter daşımır”.

Nümayişlərdə bir neçə Rusiya və bir Britaniya vətəndaşının olduğunu deyən Kobaxidze bildirib: “Biz zorakı dəstələr təşkil edən əcnəbi “təlimatçılarla” məşğul ola bilərik, amma hadisələrin gedişatını əvvəlcədən proqnozlaşdırmaq istəmirəm, bu, araşdırma məsələsidir".

"Ölkənin Aİ-yə inteqrasiyasının onlar üçün prioritet olduğunu vurğulayan Baş nazir Kobaxidze əlavə edib: “Biz Gürcüstanın 2030-cu ilə qədər Aİ-yə qəti şəkildə daxil olması üçün hər cür səy göstərəcəyimizə söz veririk”.

Seçilən
30
13
sia.az

10Mənbələr