AZ

İki günə 1000-dən çox bilet satıldı!

Reper Orxan Zeynallı növbəti dəfə konsertə hazırlaşır.

OLAY yazır ki, sənətçi bu dəfə ölkənin əsas səhnəsi Heydər Əliyev sarayında hitlərini səsləndirəcək.

“Endorphin”in təşkilatçılığı ilə 24-25 yanvarda gerçəkləşəcək konsertə ilk iki gündə 1000-dən çox bilet satılıb.

Orxanı gecədə musiqi qrupundan əlavə kvartet müşayiət edəcək. Onun hitləri fərqli versiyalarda səsləndiriləcək.

Reper xüsusi olaraq konsert üçün yeni duetlər üzərində də çalışır.

Seçilən
17
2
olay.az

3Mənbələr