AZ

Ermənistanda zəlzələ baş verib

Bu gün saat 08:38-də Ermənistan ərazisində 3,4 bal gücündə zəlzələ qeydə alıb. Zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, zəlzələnin episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

“Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori vilayətinə aid Metsavan, Katnarat və Privojnoye kəndlərində hiss olunub”, – məlumatda qeyd olunub./Trend

Seçilən
2
3
yenigundem.az

10Mənbələr