AZ

Baydenin oğlunu əfv etməsi qərarına - Trampdan REAKSİYA

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin oğlunu əfv etməsinə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, Tramp bununla bağlı “Social Truth” adlı sosial şəbəkə hesabında paylaşım edib.

Bildirib ki, Co Baydenin vergidən yayınma və silah əldə etmək kimi qanun pozuntularında ittiham olunan oğlu Hanter Bayden üçün əfv səlahiyyətindən yararlanması “sui-istifadə” və ədalət normalarının pozulmasıdır.

Qeyd edək ki, Hanter Bayden 9 ittiham üzrə məhkəmədə təqsirli bilinmişdi.
Seçilən
6
2
bakupost.az

3Mənbələr