AZ

Almaniyadan Rusiyaya 650 milyonluq "GÖZ DAĞI": Berlin nə deyirsə, edir

Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfərə gəldiyi və Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcəyi təsdiqlənib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Soltsun ​​sözlərinə görə, Kiyevə yeni səfəri ilə o, Ukrayna ilə həmrəyliyini ifadə etmək, həmçinin Almaniyanın Avropada Ukraynanı dəstəkləyən əsas ölkə olaraq qaldığını açıq şəkildə bildirmək istəyir.

Almaniya kansleri həmçinin bildirib ki, Ukrayna prezidenti Zelenski ilə görüş zamanı o, Kiyevə bu ilin dekabrında göndərilməli olan 650 milyon avro məbləğində hərbi məhsulların gələcək tədarükünü elan edəcək.

Şolts əlavə edib ki, Ukrayna Almaniyaya arxalana bilər, çünki Berlin nə deyirsə, edir.

Seçilən
17
50
publika.az

10Mənbələr