AZ

İsrailin 423 gündür hücum etdiyi Qəzzada can itkisi 44 min 466 nəfərə çatıb

Bakı, TurkicWorld

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 37 nəfər artaraq 44 min 466 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 423 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “4 qırğın”da 37 nəfərin həyatını itirdiyi, 108 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 44 min 466-ya, yaralıların sayı isə 105 min 358-ə yüksəlib.

Seçilən
172
22
turkic.world

10Mənbələr