Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda 2-ci liqanın 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Füzuli” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz”dan 4 nəfər sarı vərəqə aldığına görə komanda 70 manat cərimə ediliib.
“Lerik” – “Kür-Araz” oyununda “Lerik”dən 4 futbolçusu sarı vərəqə aldığına görə komanda 70 manat cərimələnib.
“Ağdaş” – “Şahdağ Qusar” oyununda “Ağdaş”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat cərimə edilib.
“Göygöl” – “Şəfa” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komandası isə 200 manat cərimələnib.
Bu oyun Təcili Tibii Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Göygöl” 100 manat cərimə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta