AZ

“Qarabağ”a iki qol vuran futbolçunun evinə BASQIN OLDU

“Lion”nun gürcü futbolçusu Jorj Mikautadze silahlı basqına məruz qalıb.

Bizim.Media xəbər verir ki, dünən gecə saatlarında 2 naməlum şəxs futbolçunun evinə girib. 

Onlar silahla hücumçunu təhdid ediblər. 
 

Oğruların Mikautadzeyə fiziki zərər vermədiyi bildirilir. Amma maskalı şəxslər onun 250 min avro dəyərində olan saatını, dəri əşyalarını və qızıllarını oğurlayıblar. Polislər hadisəni törədənlərin axtarışına başlayıblar.


Qeyd edək ki, ötən həftə Avropa Liqasının V turu çərçivəsində “Lion”un Bakıda “Qarabağ”a 4:1 hesabı ilə qalib gəldiyi oyunda Mikautazde dublla yadda qalıb.

Bizim.Media

Seçilən
8
2
bizim.media

3Mənbələr