AZ

Edam cəzası ləğv olunan reper azadlığa buraxıldı

İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etirazlarla əlaqədar edam hökmü ləğv edilən reper Tumac Salehinin azadlığa buraxıldığı bildirilib.

Sitat.info xəbər verir ki, İranlı rep ifaçısı Tumac Salehinin vəkili Əmir Rəisiyan X sosial media hesabında paylaşdığı açıqlamada müvəkkilinə İsfahan İnqilab Məhkəməsinin verdiyi edam hökmünün Ali Apellyasiya Məhkəməsinin 39-cu Palatası tərəfindən ləğv edildiyini bildirib.

Reuters xəbər agentliyinin məlumatına görə, İran Ədliyyəsinin Mizan xəbər agentliyi Salehinin 1 illik həbs cəzasının icrasından sonra bazar günü, dekabrın 1-də azadlığa buraxıldığını qeyd edib.

Seymur BƏNNAYEV 

Sitat.info

Seçilən
5
2
sitat.info

3Mənbələr