AZ

Kənd yumurtasını broylerdən necə fərqləndirək? - Ekspert AÇIQLADI

Son vaxtlar şəhərdə eləcə də rayonlarda broyler yumurtasını kənd yumurtası adı ilə satıldığı xəbərlərini eşidirik. Bunu ayırd edə bilməyən insanlar isə fırıldaqların "qurban"ına çevrilirlər. 

Bəs yumurtaları bir-birindən necə ayırd etmək olar? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, süni şəkildə xüsusi kökəldici yemlər, kimyəvi preparatlarla saxlanılan toyuqların istehsal etdiyi yumurtaların tərkibi zərərlidir.

"Bu məsələ hər zaman insanların, istehlakçıların maraqlandığı və tez-tez verilən suallardır. Kənd yumurtası ilə mağaza yumurtası eynidirmi və yaxud onların tərkibi nədir. Belə baxanda yumurta olaraq adı, sarısı, ağı eynidir. Bəzi mütəxəssislər deyir ki, bunların heç bir fərqi yoxdur, kənd yumurtası ilə broyler yumurtası eynidir. O zaman ortalığa belə bir sual çıxır. Əgər həqiqətən də kənd yumurtası ilə broyler yumurtasının tərkibi eynidirsə, nəyə görə kənd yumurtası broyler yumurtasından baha satılır? Bu məsələnin birinci tərəfi, ikinci bir tərəfdən belə bir fikirlər səslənir ki, kənd yumurtası daha təhlükəlidir, broyler yumurtası sağlamlıq baxımından daha təhlükəsizdir, nəzarətdə saxlanılır. Nəzərə alsaq ki, broyler toyuqları, süni şəkildə xüsusi kökəldici yemlər, kimyəvi preparatlarla saxlanılan toyuqlar və onların istehsal etdiyi yumurtaların tərkibi də süni olacaq. Təbii ki, onların da tərkibində kimyəvi maddələr olacaq".

Qida eksperti kənd və mağaza yumurtasını bir-birindən ayırmağın yollarından da danışdı.

"Ümumiyyətlə, kənd yumurtası və broyler yumurtasının gözlə görüləcək əllə hiss olunacaq fərqi onun qabığının qalınlığındadır. Kənd yumurtasının qabığı broyler yumurtasına nisbətən daha qalın olur. Yumurtanın 2 cür rəngi olur, ağ və sarı rəngdə. Bəzi işbazlar satmaq üçün mağaza yumurtasını rəngləyirlər. Kənd yumurtasının üzərində istehsal prosesindən asılı olaraq müxtəlif cür ləkələr olur. Həmin fırıldaqçılar yumurtaların üzərini süni yolla çirkləndirirlər. Bu isə yolverilməz, qəbul olunan bir məsələ deyil. Çünki insanlar kənd yumurtasının təbiiliyinə, daha keyfiyyətli olduğuna görə kənd yumurtasını baha qiymətə alırlar. Əgər bu günləri istehlakçılar aldadılırsa, buna bir nəzarət olunmalı, xüsusi qurumlar monitorinqlər təşkil etməlidir. Bu ən çox bazarlarda insanların sıx toplaşdığı yerlərdə, metroların, müxtəlif ticarət mərkəzlərinin qarşısında bu cür hallara rast gəlinir".

Türkan İSGƏNDƏRLİ

Seçilən
273
1
redaktor.az

2Mənbələr