AZ

UNEC-də İnklüziv Konsert Proqramı keçirilib

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi,UNEC İnklüziv Mərkəzi və Biz Bir Ailəyik əlilliyi olan şəxslərə dəstək İctimai birliyin birgə təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlilliyi olan şəxslər günü”nə həsr olunmuş “Biz Bir Ailəyik” adlı inklüziv konsert proqramı keçirilib.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası Gənclər Fondu,Sosial Xidmətlər Agentliyi,Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəsmi tərəfdaşlığı, “Qayo Group”un əsas tərəfdaşlığı,Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi,Gənclərin İnkişaf və Koryera Mərkəzi,Gənc Könüllülər İctimai Birliyinin təşkilati dəstəyi,Asterias Təlim və inkişaf mərkəzinin baş sponsorluğu,World Koryera və peşə mərkəzinin Dost Tərəfdaşlığı, Bella Brendinin kreativ tərəfdaşlığı ilə inklüziv konsert proqramında əvvəlcə ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi anılıb, eşitmə və danışma məhdudiyyətli şəxslərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, UNEC İnklüziv Mərkəzinin rəhbəri Sevinc Məhsimova, Milli Məclisin deputatı Vüqar İskəndərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Azər Əliyev ölkəmizdə müxtəlif dərəcəli əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan bəhs edib, hər bir vətəndaşın dövlətin həmin istiqamətdə apardığı siyasətə insanlıq dəyəri kimi dəstək göstərməsinin vacibliyini vurğulayıb. Dünyamızın humanitar dəyərlərə ehtiyacı olduğunu bildirən natiqlər bu kimi tədbirlərin sosial məsuliyyətlilik, qayğıkeşlik, birlik kimi prinsipləri özündə ehtiva etdiyinə diqqət çəkiblər.
Çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərin qabiliyyət və bacarıqlarının üzə çıxarılması üçün göstərilən diqqət və qayğının müsbət nəticələrinin müşahidə olunduğunu qeyd edərək, həmin qəbildən olan vətəndaşların potensiallarını nümayiş etdirməkdən ötrü kifayət qədər şəraitin mövcudluğundan məmnuniyyətlərini ifadə ediblər.
Tədbir bədii hissə ilə davam edib, incəsənət xadimləri və əlilliyi olan vətəndaşlar musiqi nömrələri ifa edib, rəqslər nümayiş etdiriblər.
Həmçinin əlilliyi olan şəxslərin əl işlərinin sərgi yarmarkası da təşkil olunub.
Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Seçilən
35
8
sia.az

10Mənbələr