Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Kiş kəndində baş verib.
Kiş kənd sakinləri - 1994-cü il təvəllüdlü Taryel Məhəmməd oğlu Abdullayev, 1993-cü il təvəllüdlü Billur Məmmədrəsul qızı Abdullayeva, 2019-cu il təvəllüdlü Fərid Taryel oğlu Abdullayev və 2024-cü il təvəllüdlü Məhəmməd Taryel oğlu Abdullazadə dəm qazından zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX0 Təcili Tibbi Yardım şöbəsinə daxil olublar.
Xəstəxanada tibbi yardımdan sonra onıarən vəziyyətləri stabilləşib. Hazırda müalicələri Şəki RMX-da davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.