AZ

Hakan Fidan NATO XİN başçılarının yığıncağında iştirak edəcək

Xarici işlər naziri Hakan Fidan 3-4 dekabr tarixlərində Belçikanın paytaxtı Brüsseldə NATO-nun Baş Qərargahında keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İordaniya kralı II Abdullahın iştirakı ilə keçiriləcək toplantının ilk iclasında Orta Şərqdəki böhran və NATO ilə İordaniya arasında əməkdaşlıq müzakirə olunacaq.

Nazir Fidan yığıncaq zamanı Suriyadakı mövcud problemlərin, xüsusilə də terror ünsürlərinin mövcudluğunun qeyri-sabitliyə təkan verməkdə davam etdiyini, NATO-nun cənub-şərq qanadını təşkil edən Türkiyənin mövqeyinin dəstəklənməsinin vacib olduğunu dilə gətirəcək. Həmçinin Türkiyənin Suriyadakı inkişafların ölkənin ərazi bütövlüyü və birliyinin qorunması ilə terrorla mübarizə perspektivindən təqib etməyi davam etdirdiyini vurğulayacağı gözlənilir.

H.Fidan İsrail-Fələstin məsələsi başda olmaqla İsrailin törətdiyi hərbi cinayətlər və Qəzzada baş verən humanitar faciə ilə bağlı Türkiyənin fikirlərini nəzərə çatdıracaq. Bundan əlavə başda terrorun yayılması olmaqla Orta Şərqdəki böhran və müharibələrin əlavə təsirlərinə diqqət çəkəcək. Nazirin ayrıca olaraq Türkiyənin Əmmanda Əlaqə Bürosunun açılması da daxil olmaqla, NATO ilə İordaniya arasında əməkdaşlığın inkişafına dəstəyini təkrarlayacağı nəzərdə tutulur.

NATO-Ukrayna Şurası formatında keçiriləcək iclasın sessiyasında Ukraynanın xarici işlər naziri Andriy Sibiha və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın iştirakı gözlənilir. Sessiya zamanı Rusiya-Ukrayna müharibəsində sahədəki son vəziyyət müzakirə olunacaq.

Bu sessiyada nazir Fidanın Türkiyənin Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini təkrarlaması, müharibəni bitirmək üçün diplomatiyaya icazə verilməli olduğunu vurğulaması, həmçinin Aİ-nin Aİ üzvü olmayan müttəfiqlərə qarşı yazılı öhdəliklərinə əməl etməli olduğunu diqqətə çatdıracağı gözlənilir.

Yalnız müttəfiqlərin iştirakı ilə keçiriləcək son sessiyada Avro-Atlantik regiona qarşı risk və təhdidlər və ona bitişik bölgələrdə eskalasiyalar müzakirə olunacaq.

Nazir Fidanın 2023-cü il Vilnüs və 2024-cü il Vaşinqton sammitlərində qəbul edilən qərarlara uyğun olaraq, müttəfiqlər arasında müdafiə məhsullarının ticarəti qarşısındakı bütün maneələrin aradan qaldırılmasının vacibliyini, terorla mübarizədə "hərtərəfli həmrəylik" ortaya qoymasının əhəmiyyətini vurğulayacağı təxmin edilir.

Görüş çərçivəsində Fidanın həmkarları ilə ikitərəfli görüşləri də gözlənilir.

İclas oktyabrın 1-dən baş katib vəzifəsini icra etməyə başlayan Mark Ruttenin iştirakı ilə keçirilən ilk Xarici İşlər Nazirləri Toplantısı olacaq.

Seçilən
9
2
sia.az

6Mənbələr