AZ

"Premium Medical" məcburi auditdən yayındığına görə tədbir görüldü

Yasamal Rayon Məhkəməsində "Premium Medical Assistance" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən iclasda MMC-yə cərimə kəsilib.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

Qeyd: 2017-ci ildə yaradılan və nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Ehtiram Tofiq oğlu Quliyevdir. MMC "Huner Group"a daxildir.

 

Xəyal Quliyev

Tarix: 2 Dekabr 2024, 19:51   
Seçilən
13
5
pravda.az

10Mənbələr