Yasamal Rayon Məhkəməsində "AGE" MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla MMC cərimələnib.
Xatırlatma: MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: MMC-nin qanuni təmsilçisi İsa Ənvər oğlu Cəfərovdur. Şirkətin dövlətə 104 952 AZN borcu var.
Xəyal Quliyev