AZ

Yarım milyon manatdan artıq vergi borcu olan "Optimal Elektronika" yenə cərimələndi - QƏRAR

Yasamal Rayon Məhkəməsində "Optimal Elektronika" MMC-yə yazılan növbəti inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla MMC cərimələnib.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

Qeyd: Şirkətin qanuni təmsilçisi Əhəd Tofiq oğlu Əsgərovdur. 2013-cü ildə dövlət qeydiyyatına alınan MMC-nin nizamnamə kapitalı 11 485 360, dövlətə olan borc isə 586 452 AZN-dir.

 

Xəyal Quliyev

Tarix: 2 Dekabr 2024, 19:42   
Seçilən
13
2
pravda.az

10Mənbələr