AZ

ABŞ ordusuna məxsus gəmilər hədəfə alındı

Yəməndə İranın dəstəklədiyi "Husilər" Oman dənizi və Ədən körfəzində Amerika Birləşmiş Ştatlarına məxsus bir esmines və üç təchizat gəmisini 16 ballistik raket və bir pilotsuz uçan aparatla (PUA) hədəfə aldıqlarını açıqlayıb. SİA-nın məlumatına görə, husilərin hərbi sözçüsü Yəhya Səri Oman dənizi və Ədən körfəzində ABŞ ordusuna aid bir esminesin və "Stena Impeccable", "Maersk Saratoga" və "Liberty Grace" adlı üç təchizat gəmisinin vurulduğunu bildirib.

Y.Səri 16 ballistik raket və PUA ilə həyata keçirilən hücumların tam dəqiqliklə hədəfə çatdığını qeyd edib.

Bildirmək istəyirik ki, ABŞ hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Seçilən
5
3
sesqazeti.az

4Mənbələr