AZ

Zurabişvili məktəbləri Gürcüstandakı etirazlara qoşulmağa çağırıb

...Gürcüstan prezidenti Salome Zurabişvili məktəbləri hökumət əleyhinə etirazlara qoşulmağa çağırıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.

...Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəy olduqlarını bildirmək növbəsi məktəblərə çatır, - deyə prezident bildirib.

Gürcüstanda polislə toqquşmalarla müşayiət olunan kütləvi küçə etirazları davam edir.

Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakimiyyətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük danışıqlarını gündəmdən çıxardığını və Tbilisinin Avropanın maliyyə yardımından imtina etdiyini bildirməsindən sonra onlar hiddətləndilər.

Əli Babayev

Seçilən
4
1
sesqazeti.az

2Mənbələr