AFB Bank
Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 02 yan 2025 - [email protected]
Satış strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Bank qanunvericiliyi bilikləri;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Sistem və şəbəkə üzrə aparıcı mütəxəssis
Son tarix 02 yan 2025 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- MS Excel, Visio, Teams, Outlook, Putty, Secure CRT, MobaXterm üzrə yaxşı səviyyədə biliklər;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
- Müvafiq sahədə beynəlxalq sertifikatlar arzuolunandır;
- Diqqətli və məsuliyyətli olmaq.
İşin təsviri:
- Bankın şəbəkəsinin idarə olunmasını, təkmiləşdirmə işlərini və dəstəyini təmin edir;
- Server avadanlıqları, sistemləri və şəbəkə avadanlıqları (router, switch və s.), təhlükəsizlik avadanlıqları (firewall və s.) quraşdırır və konfiqurasiya edir;
- Bankda bütün istifadə olunan İT platformalara əməliyyatları üçün 24/7 iştəməyi təmin etmək;
- Nutanix HCİ infrastruktur şəbəkəsinin idarə olunmasında iştirak edir və nəzarət edir;
- Bankın korporativ şəbəkəyə aid İnformasiya təhlükəsizliyinin müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq və nəticələrinin daha dərindən təhlil edilməsi üçün İT rəhbərliyinə çatdırılmasını təmin edir;
- Bankda şəbəkədə təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin edir;
- Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin edir;
- Şəbəkə avadanlığı və informasiya təhlükəsizliyi avadanlıqlarında yeniləmələrin (updates, patches və s.) quraşdırır;
- Bankın İP telefoniya sisteminin fasiləsiz işləkliyini təmin etmək üçün sistem administratorları ilə bir yerdə dəstək göstərir;
- İnformasiya təhlükəsizliyinin şəbəkə və şəbəkə təhlükəsizliyi standartlarına əsasən yeni konfiqurasiyalar və mövcud konfiqurasiyalarda dəyişiklik və ya yenilik edir;
- İT və Rəqəmsal sahəyə aid layihələrdə işçi qruplarda iştirak edir;
- İT və İnformasiya təhlükəsizliyinin təlimatlara, siyasətlərə, prosedurla və qaydalarına əməl edir;
- Şəbəkə və ona dair sistemlərivə proqramlarını İT və İnformasiya təhlükəsizlik təlimatlara, siyasətlərə, prosedur və qaydalarına uyğun olaraq informasiya təhlükəsizliyini həyata keçirir və əməl edir;
- Texniki dəstək üzrə işçilərə sistem və şəbəkə yönümlü dəstək verilməsini təmin edir;
- Bankın proqram təminatı üzrə işçiləri ilə bir yerdə planlanmış şəkildə Banka aid servislərin təhlükəsizlik standartlarına uyğun daxili və xarici istifadəsini təmin edir;
- Əsas və Ehtiyat mərkəzinin şəbəkə fasiləsizliyini təmin edir və daim nəzarətdə saxlayır;
- Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
- Direktorun və menecerin ona həvalə etdiyi digər işləri icra edir və onlara hesabat verir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Sistem və şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis
Son tarix 02 yan 2025 - [email protected]
IT strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- “Software Developer”, “Software Engineer” və ya digər rolu kimi təsdiq olunmuş ən azı 3-5 il iş təcrübəsi;
- “Agile Development” və “Extreme programming” metodologiyaları ilə bilik və təcrübə olmalı;
- Məlumat struktur (Data structures), Algoritm yaradilması, SQL bilikləri;
- Testlə idarə olunan mühitdə proqram tərtibatı və inkişafı (software design and development) ilə təcrübə olmalı;
- Proqramlaşdırma dil bilgiləri (Java / C#, PL/SQL, PHP, Javascript, və s. ) ;
- SFDC framework, Apex, VisualForce bilik olmalı;
- Git kod versiya vasitələrində bilik və təcrübə olmalı;
- Sistem dizaynı (system design) və məlumat əlaqələri (data relationship) bilik olmalı;
- JIRA/MS Excel/Visio/PowerPoint bilikləri.
İşin təsviri:
- Yeni tətbiqi proqramlar, modulların işlənib hazırlanmasında iştirak edir.
- Kod yazır və təhlil edir, prototiplər qurur, kodla bağlı problemləri (bottlenecks və s.) həll edir.
- Yeni tətbiq olunan proqramlarını test edib məlumat verir.
- Problemləri həll etmək və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün məlumatları, prosesləri və kodları tərtib edir və təhlil edir.
- Yeni program tətbiqində layihə gruplarda iştirak edir;
- Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərinin hazırlanmasında iştirak edir.
- Mövcud kodun dəyişdirilməsinə nəzarət edir, kodun nəzərdən keçirilməsini aparır.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis
Son tarix 02 yan 2025 - [email protected]
Department: İT strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- MS Excel, Visio, Teams, Outlook, Putty, Secure CRT, MobaXterm üzrə yaxşı səviyyədə biliklər;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
- Müvafiq sahədə beynəlxalq sertifikatlar arzuolunandır;
- Diqqətli və məsuliyyətli olmaq.
İşin təsviri:
- Bankın şəbəkəsinin idarə olunmasını, təkmiləşdirmə işlərini və dəstəyini təmin edir;
- Server avadanlıqları, sistemləri və şəbəkə avadanlıqları (router, switch və s.), təhlükəsizlik avadanlıqları (firewall və s.) quraşdırır və konfiqurasiya edir;
- Bankda bütün istifadə olunan İT platformalara əməliyyatları üçün 24/7 iştəməyi təmin etmək;
- Nutanix HCİ infrastruktur şəbəkəsinin idarə olunmasında iştirak edir və nəzarət edir;
- Bankın korporativ şəbəkəyə aid İnformasiya təhlükəsizliyinin müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq və nəticələrinin daha dərindən təhlil edilməsi üçün İT rəhbərliyinə çatdırılmasını təmin edir;
- Bankda şəbəkədə təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin edir;
- Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin edir;
- Şəbəkə avadanlığı və informasiya təhlükəsizliyi avadanlıqlarında yeniləmələrin (updates, patches və s.) quraşdırır;
- Bankın İP telefoniya sisteminin fasiləsiz işləkliyini təmin etmək üçün sistem administratorları ilə bir yerdə dəstək göstərir;
- İnformasiya təhlükəsizliyinin şəbəkə və şəbəkə təhlükəsizliyi standartlarına əsasən yeni konfiqurasiyalar və mövcud konfiqurasiyalarda dəyişiklik və ya yenilik edir;
- İT və Rəqəmsal sahəyə aid layihələrdə işçi qruplarda iştirak edir;
- İT və İnformasiya təhlükəsizliyinin təlimatlara, siyasətlərə, prosedurla və qaydalarına əməl edir;
- Şəbəkə və ona dair sistemlərivə proqramlarını İT və İnformasiya təhlükəsizlik təlimatlara, siyasətlərə, prosedur və qaydalarına uyğun olaraq informasiya təhlükəsizliyini həyata keçirir və əməl edir;
- Texniki dəstək üzrə işçilərə sistem və şəbəkə yönümlü dəstək verilməsini təmin edir;
- Bankın proqram təminatı üzrə işçiləri ilə bir yerdə planlanmış şəkildə Banka aid servislərin təhlükəsizlik standartlarına uyğun daxili və xarici istifadəsini təmin edir;
- Əsas və Ehtiyat mərkəzinin şəbəkə fasiləsizliyini təmin edir və daim nəzarətdə saxlayır;
- Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
- Direktorun və menecerin ona həvalə etdiyi digər işləri icra edir və onlara hesabat verir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş .
Ödəniş kartları üzrə baş mütəxəssis
Son tarix 02 yan 2025 - [email protected]
Əməliyyatlar strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Sahə üzrə sertifikatların olması üstünlükdür;
- Beynəlxalq kart ödəniş sistemləri ilə iş təcrübəsi;
- Normativ sənədləri bilmək.
İşin təsviri:
- Yeni layihələr üzrə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
- Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
- Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
- VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
- VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
- E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
- Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
- Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
- Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
- Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
- Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik